Miqrantlar çipli kartla işləyəcək
Paralel.az xəbər verir ki, Rusiya daxili işlər naziri əmək miqrantlarına işləmək üçün patentin üz və barmaq izinin elektron şəkli olan çipli kart kimi verilməsi haqqında əmr imzalayıb: “Rusiyaya viza tələb olunmayan qaydada gələn əcnəbi vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə elektron məlumat daşıyıcısı olan kart formasında verilmiş patentin forması təsdiq edilib.
Bu sərəncam 29 dekabr 2021-ci il tarixdən qüvvəyə minir”.
Nigar