Suriyadakı vəziyyət müzakirə edilib
Paralel.az xəbər verir ki, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astana formatında keçirilən danışıqlarda Türkiyə tərəfinə Suriyanın ərazi bütövlüyünün həllinin vacibliyini bildirib: “Bütün tərəflər Suriyada vəziyyətin sabitləşdirilməsində maraqlıdır. Ancaq çətinliklər var, onları həll etmək lazımdır”.
Xəbərə görə, İran nümayəndə heyətinin rəhbəri Əli Əsgər Hacı Lavrentyevlə danışıqlardan sonra Suriyada hadisələrin inkişafı ilə bağlı Moskva və Tehranın mövqelərinin yaxınlığı barədə jurnalistlərə açıqlama verib.
Nigar