N. Paşinyan İ. Əliyevlə görüşdən danışdı
“Azərbaycan Prezidenti İlham Əliyevlə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və bütövlükdə region üçün dinc inkişaf erası açmaq imkanı yaranıb”.
Paralel az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Qeyd etmək istərdim ki, Soçi və Brüssel görüşlərindən sonra mən ölkəmiz və regionumuz üçün dinc inkişaf erası açmaqdan ötrü addım-addım irəliləyə biləcəyimiz bir imkan olduğunu görürəm. İstənilən halda Ermənistan Respublikası hökuməti bu istiqamətdə irəliləmək üçün əlindən gələni edəcək”, - deyə N.Paşinyan bildirib.
A. Nədirli