Ermənistanın Baş naziri bu gün Gürcüstana işgüzar səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
Paralel.az xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat verib. Məlumata əsasən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı ilə təkbətək görüş keçirəcək.
Görüşdən sonra baş nazirlərin sədrliyi altında Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Görüşdə Gürcüstan və Ermənistan hökumətinin üzvləri, müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.
A. Nəsirli