Filippində "Rai" qasırğası 200-dən çox insanın həyatına son qoyub
Paralel.az xəbər verir ki, Filippində baş verən ən güclü “Rai” qasırğası 208 nəfərin həyatına son qoyub, 52 nəfər itkin düşmüş hesab olunur, ən azı 239 sakin yaralanıb.
Bu barədə Reuters polisə istinadən xəbər verir.
Bundan əvvəl, dekabrın 19-da yerli "Manila Bulletin" qəzeti 169 nəfərin öldüyünü bildirmişdi. Ən çox qurbanların sayı Mərkəzi Visaya bölgəsində qeydə alınıb - 129 nəfər orada ölüb, 100-dən çox insan yaralanıb. Qərbi Visayada isə 22 nəfər ölüb. Ölənlərin qalanı - ölkənin daha üç bölgəsində, nəşr qeyd etdi.
Bohol əyalətinin qubernatoru Artur Yap bildirib ki, hərbçilər, polis, sahil mühafizəsi və yanğınsöndürənlər ən çox zərər çəkmiş bölgələrə göndərilib. Filippin dəniz qüvvələrinə aid bir gəmi humanitar yardımla Bohol şəhərinə gedib.
Rai tayfunu Sakit Okeanın qərbində əmələ gəlib. Reuters xəbər verir ki, Filippinin Şərqi Visaya bölgəsinin səlahiyyətliləri təbii fəlakətdən əvvəl 82 mindən çox sakini təxliyə edib.
Akif Nəsirli