Tələbələr qadın aktyorlardan şikayət ediblər
Paralel.az İran mediasına istinadən xəbər verir ki, Qum dini hövzəsinin bir qrup tələbəsi hicaba riayət etməyən İran sinemasının 15 qadın aktyorundan şikayət ediblər.
Tələbələr həmin 15 qadın aktyorun başının və qulağının bir hissəsinin görünməsi, başa gül taxmaq və papaqdan istifadə etməyi doğru-düzgün hicab taxmamaq kimi qiymətləndirib. Onların iddiasına görə, bu, ictimai əxlaqın pozulması deməkdir və bu məqsədlə onlar öz şikayətlərini Qum şəhər Ümumi və İnqilab Məhkəməsinə bildiriblər.
Akif Nəsirli