Paşinyan prezident olmaq istəyir?
Paralel.az xəbər verir ki, Nikol Paşinyan Konstitusiya islahatları üzrə Şuranın formalaşdırılmasına başlamaq haqqında fərman imzalayıb.
Ermənistanın "Past" qəzeti yazır ki, Nikol Paşinyan Konstitusiya referendumu keçirmək və bununla ölkəni prezident idarə sisteminə keçirmək istəyir.
Paşinyan parlament respublikasının demokratiyasından bəhrələnərək hakimiyyətə gəldi, indi isə hakimiyyəti daha uzun müddət əldə saxlamaq üçün ona prezidentlik gərəkir.
Akif Nəsirlu