Çijov: “Avropa İttifaqı hələ də Dağlıq Qarabağ nizamlanmasında birbaşa iştirak etməyib”
Paralel.az xəbər verir ki, Rusiyanın Aİ üzrə daimi nümayəndəsi V.Çijov Rusiyanın Qarabağla bağlı vasitəçilik missiyasının beynəlxalq oyunçular arasında fərqli hisslər doğurduğunu deyib: “Əsrlərdən bəri məlum olan bir deyim var ki, qələbənin atası çoxdur, məğlubiyyət isə həmişə yetimdir. Bu münaqişədə Rusiyanın vasitəçilik missiyasının uğuru Avropa İttifaqı və digər beynəlxalq oyunçular arasında fərqli hisslər doğurur və buna qoşulmaq istəyənlər də var.
Avropa İttifaqı isə hələ də Dağlıq Qarabağ nizamlanmasında birbaşa iştirak etməyib”.
Nigar
Nigar