Ermənistan məğlubiyyətini həzm edə bilmir

Ermənistan məğlubiyyətini həzm edə bilmir
 

Paralel.az xəbər verir ki, erməni vitse-spiker İşxan Saqatelyan bir sıra iddialarla çıxış edib: “Ermənistanı təmsil edən heç bir vəzifəli şəxs Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş prosedurları pozmaqla siyasi və hərbi xarakterli sənədi imzalaya bilməz. Hər hansı belə müqavilə etibarsızdır.
Nikolun xalq adından Ermənistanı yeni güzəştlərə aparmaq üçün mandatı yoxdur.  Həyati əhəmiyyətli güzəştləri ehtiva edən prosesin son nəticəsi Ermənistan dövlətçiliyinin süqutu olacaq.
 Artsax və Ermənistanın mövcudluğu, təhlükəsizliyi məsələləri bir-birinə bağlıdır. Artsax məsələsinin ədalətli həllinin və davamlı sülhün təmin edilməsinin təminatı xalqların bərabərlik və öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz həyata keçirilməsidir. Bu da Azərbaycanın tərkibində Artsaxın hər hansı statusunun yaradılmasını istisna edir”.
Nigar

0.13550209999084