Ukrayna: “Bizim heç kimin diqqət etmədiyi silahımız var”…
Paralel.az xəbər verir ki, müasir silahların olmaması və mənəvi-psixoloji tənəzzül Ukrayna ordusuna hərbi təcavüzü dəf etməyə mane olmayacaq. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov belə deyib: “Bizim heç kimin diqqət etmədiyi ayrıca bir silahımız var - bu, bizim ruhumuzdur”.
Xəbərə görə, Kiyev və Qərb mediası son aylarda Rusiyanı Ukraynaya hücum hazırlığında ittiham edir. Moskva isə bu ittihamları rədd edib və bunu NATO-nun Rusiya yaxınlığında daha çox hərbi texnika yerləşdirmək, eləcə də öz maraqları üçün lobbiçilik istəyilə əlaqələndirib.
Nigar