NATO bəyanatla çıxış edib

NATO bəyanatla çıxış edib
 

Paralel.az xəbər verir ki, NATO bütün ölkələrin öz gələcəyini və xarici siyasətini kənar müdaxilə olmadan müstəqil müəyyən etmək hüququnu dəstəkləyir. Bu barədə Şimali Atlantika Alyansının bəyanatında deyilir.

NATO Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca səfərbər olunmasından narahatdır və Rusiyanı vəziyyəti dərhal aradan qaldırmağa çağırır.

“Biz mövcud vəziyyətin Alyansın təhlükəsizliyinə təsirini ciddi qəbul edirik. Biz həmişə təhlükəsizlik şəraitimizin pisləşməsinə, o cümlədən lazım gələrsə, kollektiv müdafiə mövqelərimizi gücləndirməklə məsuliyyətlə cavab verəcəyik. NATO Alyansın bütün üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək”, - bəyanatda deyilir.

Bununla belə, bəyanatda NATO-nun Rusiya ilə ağlabatan dialoqa hazır olduğu da bildirilir.
Akif Nəsirli

0.026423931121826