Şəkidə 9 nəfər dönərdən zəhərləndi

Şəkidə 9 nəfər dönərdən zəhərləndi
 

Paralel.az xəbər verir ki, Şəkidə 9 nəfər dönərdən zəhərlənib, məsələ ilə bağlı cinayət işi baslanılib.

Zəhərlənən şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.

Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.
A. Nəsirli

0.035534858703613