Həqiqəti əks etdirməyən məlumatlar

Həqiqəti əks etdirməyən məlumatlar
 



Osman Gündüz yazır:
Yenə də rəsmilər həqiqəti əks etdirməyən məlumatları tirajlayırlar.
Düzü, çox təəccüblənirəm və məəttəl qalıram
Media İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İTV-də “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı “İnternet televiziyalar mütləq lisenziya almalıdır, almasa, fəaliyyət göstərməyəcək” müddəasının layihədə olmadığını bildirib. İndi də xəbər resurslarına bu açıqlamanı paylaşırlar
"Media haqqında" Qanun layihəsində isə İnternet TV "Platforma yayımçısı" anlayışı altında, belə demək mümkünsə, "gizlədilib".

Qanun layihəsinin 30-cu Maddəsində isə birmənalı olaraq qeyd edilib ki, Platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir.

Bir daha bu məsələ ilə bağlı qeyd edirəm ki, lisenziyanın könüllü olması faktı layihənin heç bir yerində qeyd olunmayıb.

Yeri gəlmişkən, onlayn medianın, İnternetTV-nin bu tip tənzimlənməsi və lisenziyalaşması təcrübəsinin də hansısa bir Avropa ölkəsində mövcud olması məlumatını da Agentlikdən gözləyirik.
Paralel.az

0.017894983291626