Alman tənzimləyicisi 2022-ci ilin birinci yarısında "Şimal axını-2" ilə bağlı qərar verməyəcəyini açıqladı
Paralel.az-ın məlumatına görə, təşkilatdan bildiriblər ki, sertifikatlaşdırma prosesini davam etdirmək üçün hələlik bütün lazımi sənədləri almayıb.
Almaniya tənzimləyicisi “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılması ilə bağlı qərarın verilmə vaxtı ilə bağlı təfərrüatları açıqlayıb.
Bloomberg-in məlumatına görə, tənzimləyici 2022-ci ilin birinci yarısında “Şimal axını-2” ilə bağlı qərarın verilməyəcəyini açıqlayıb. Təşkilatda prosesin ləngiməsi onunla izah edilib ki, onlar sertifikatlaşdırma prosesini davam etdirmək üçün bütün lazımi sənədləri hələ də əldə etməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok qaz kəmərinin indiyədək Avropa İttifaqının “qaydalarına uyğun olmadığını” bildirərək, qazın vurulması üçün kəmər operatorunun razılıq almalı olduğunu da qeyd etmişdi.
A. Nəsirli