Nərimanov rayonunda təmir-bərpa işləri başa çatıb

Nərimanov rayonunda təmir-bərpa işləri başa çatıb
 

Paralel.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ağa Neymətulla küçəsində təmir-bərpa işləri başa çatıb.

Bu haqda bu gün, 17 dekabr tarixində Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.

Uzunluğu 1,8 km olan küçədə piyada səkiləri bərpa olunub, səki daşları düzülüb, eləcə də parkinq yerləri yaradılıb. Avtomobil yoluna yeni asfalt-beton örtüyü döşənib, yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.

Bundan əlavə, həmin rayonun Qarabağ küçəsində də yenidənqurma işləri aparılır. 900 m uzunluğunda olan ərazi genişləndirilir.

Nərimanov rayonunda cari il ərzində nəzərdə tutulmuş ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolların təmir olunması bitmək üzrədir.
A. Nəsirli

0.014570951461792