İran televiziyasında əfqan uşaqların satışı təbliğ olunur
Paralel.az xəbər verir ki, İran televiziyalarından birinin Yelda Moəyyeri adlı jurnalistinin davranışı sosial şəbəkələrdə kəskin tənqid edilib.
O, yoxsulluq ucbatından övladlarını satmaq məcburiyyətində qalan İranda yaşayan əfqan mühacirlərdən birinin evinə gedib.
Həmin vaxt ailənin uşağını görən xanım jurnalist "bu, nə gözəldir, niyə bu uşağı almırlar?" deyib.
Müxbirin, ailələri övladlarını satmaq məcburiyyətinə salan durumu qınamaq əvəzinə, uşaq alış-verişini təbliğ edən bu cür fikirlər səsləndirməsi sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.
A. Nəsirli