İranın media azadlığı üzrə reytinqi açıqlandı
Paralel.az xəbər verir ki, “Sərhədsiz Reportyorlar” Təşkilatı 2021-ci il üçün media azadlığı reytinqini açıqlayıb. Siyahıya görə, İran 180 ölkə arasında 174-cü sırada yer alıb.
“Sərhədsiz Reportyorlar” bildirib: İran rəsmiləri pandemiya dövründə də informasiya və məlumatın yayılmasını məhdudlaşdırmaqla yanaşı, jurnalistləri və vətəndaş-müxbirləri təhdid, çağırmaq və həbs etmək hallarını artırıblar.
A. Nəsirli