İmişli sakini aldadıldığını deyir

İmişli sakini aldadıldığını deyir
 

İmişli rayonu, Çaxırlı kənd sakini Vüqar Əkbərovun AİB-ə ünvanladığı müraciətdə deyilir: “Mən su filtrləri satışı ilə məşğul olan “Kazimoff Group” şirkəti tərəfindən aldadılmışam. 20 noyabr 2021-ci il tarixində şirkətin bir neçə əməkdaşı yaşadığım ünvana gələrək məhsul haqqında geniş məlumat verdi. Bəxtiyar adlı əməkdaşın saatlarla davam edən təbliğatı, testin nəticəsi kimi ortaya çıxan “çirkli su” onlarla razılaşmağıma səbəb oldu. Dəyəri 1690 manat olan filtr quraşdırılandan sonra ailə üzvlərimlə birlikdə süzülən sudan istifadə etdik. Sudan xoşagəlməz qoxu və çox pis tam gəlirdi. İradımı dərhal şirkət əməkdaşlarına bildirsəm də, onlar dedilər ki, filtr yeni quraşdırılıb, bu narahatlıq qısa müddətə aradan qalxacaq. Amma filtr daha az su süzdü və uca səslə işləməyə başladı. Sudan istifadə edən ailə üzvlərimizdə qarınağrısı, boğazda quruluq müşahidə olundu və cihazdan istifadəni dayandırmaq məcburiyyətində qaldıq.
 22 noyabr 2021-ci ildə Bəxtiyar adlı əməkdaşı məlumatlandırdım, cihazın yararsız olduğunu dedim və müqaviləni pozmağı xahiş etdim. Onun şirkətin problemlər şöbəsindən məsləhət bildiyi şəxs isə müqavilənin pozulmasının mümkünsüzlüyünü  dedi və 600 manat cərimə ödəməli olduğumu şərt kimi qoydu.
Sizdən xahiş edirəm, filtr sökülüb götürülərək müqaviləyə xitam verilsin”.
Nigar

0.014377117156982