Vətəndaş problemlə üzləşib

Vətəndaş problemlə üzləşib
 

Binəqədi rayonu, C.Xəndan küçəsi 1A, mənzil 41 sakini  Hökümə Soltanova  problemlə üzləşib. Onun AİB-ə ünvanladığı müraciətdə deyilir: “2020-ci ilin  02.08 tarixində  Sədərək T/M Şirniyyat bazarı, sıra 3, mağaza 9-11-dən nəğd pulla ”Hitachi” soyuducusu aldım. Bir ay keçməmiş soyuducunun yuxarı hissəsi buzlaşmağa başladı. Bir neçə dəfə onu usta təmizlədi.  Servis mərkəzinin ustası da bir dəfə təmizləyəndən sonra çağırışa gəlməkdən imtina etdi.
Xahiş edirəm, normal işləməyən soyuducunun qaytarılmasına və ya keyfiyyətlisi ilə dəyişdirilməsinə,ödədiyim 1500 manatın mənə qaytarılmasına kömək edəsiniz”.
Nigar

0.014755010604858