Bakı Funikulyoru fəaliyyətini bərpa etdi

Bakı Funikulyoru fəaliyyətini bərpa etdi
 

Paralel.az xəbər verir ki, İki ilə yaxındır işləməyən Bakı Funikulyoru yenidən fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata əsasən, pandemiyaya görə 2020-ci ilin mart ayından bağlanmış funikulyor 2021-ci ilin dekabrın 16-dan yenidən fəaliyyətə başlayıb.

Bakı Funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 1 manatdır.
A. Nəsirli

0.01015305519104