Peskov Rusiya hərbçilərinin Donbasa köməyi ilə bağlı yazılanlarışərh edib
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ərzaq məhsullarının tədarükündə korrupsiya işi üzrə məhkəmə hökmünün dərc olunmasını şərh edərək bildirib ki, əgər məhkəmə orqanı LPR və DPR ərazilərindəki qoşunların Rusiya qoşunlarına aid olduğu barədə qərar veribsə də,
bu səhvdir.
“Yəqin ki, biz bu mətni yazanların səhvindən danışırıq, çünki bu, mümkün deyil, özünü elan etmiş respublikaların ərazisində Rusiya Federasiyasının silahlı qüvvələri yoxdur. Rusiya silahlı qüvvələri Rusiya Federasiyasının ərazisindədir", - deyə Peskov jurnalistlərin ərzaq tədarükündə korrupsiya işi üzrə məhkəmənin hökmünü şərh etmək xahişinə cavab olaraq bildirib.
Peskov qeyd edib ki, Rusiya eyni zamanda daimi əsasda LPR və DXR-ə humanitar yardım çatdırır.
A. Nəsirli