Telekommnuikasiya xidmətlərində fasilə yarana bilər

Telekommnuikasiya xidmətlərində fasilə yarana bilər
 

Paralel.az xəbər verir ki, 15-30 dekabr tarixlərində 538 saylı Elektron Avtomat Telefon Stansiyasında profilaktik tədbirlər keçiriləcək. Bu haqda Baktelekom məlumat yayıb.

Bununla əlaqədar gecə və səhər saatlarında saat 22:00-dan saat 06:00-dək telekommunikasiya xidmətlərinin göstərilməsində fasilə yarana bilər.

İşlər xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Xidmətlərin bərpası ilə bağlı məlumatlar Baktelecom-un rəsmi saytında və sosial şəbəkələrindəki hesablarda təqdim olunacaq.
A. Nəsirli

0.014983177185059