Salatın Əsgərova - 60

Salatın Əsgərova - 60
 

Paralel.az xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə "Bakı", 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. İlk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olurdu.

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuş və elə oradaca qətlə yetirilərək şəhid olmuşdur. Onun nəşi Bakıya gətirilərək Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərində Salatın Əsgərovanın adını daşıyan küçə var. Həmçinin, Bakı buxtasında gəzinti gəmisi onun adını daşıyır. Onun xatirəsinə yaşadığı binada barelyef qoyulub. Ərazisində şəhid olduğu kəndə isə “Salatınkənd” adı verilib. Ailəli olub, Ceyhun adlı oğlu yadigar qalıb.

Hörmət və ehtiramla yad edirik!

0.015858888626099