Paşinyan Brüssel razılaşmasını dəyərləndirdi

Paşinyan Brüssel razılaşmasını dəyərləndirdi
 

Paralel.az-ın.məlumatına görə, Nikol Paşinyan deyib ki,  Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil:

"Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”.

O, İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.

Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.
A. Nəsirli

0.02514910697937