Bakıda kitab sərgisi açılıb

Bakıda kitab sərgisi açılıb
 

Paralel.az xəbər verir ki, 15 dekabr tarixində Bakı İdman Sarayında Yeni İl kitab sərgisi açılıb.

Açılışda xalq artisti Flora Kərimova da iştirak edib. O, iştirakşıları və qonaqları salamlayaraq “Azərbaycanım” mahnısı akapella ifa edib. Daha sonra canlı musiqi konserti baş tutub.

Yarmarka dekabrın 21-dək hər gün saat 10:00-dan 19:00-dək qonaqları qəbul edəcək. Sərgidə kitab mağazaları və bukinistlər öz mallarını 20%-dən - 90%-dək xüsusi endirimlərlə satır. Kitablarla yanaşı, ziyarətçilər stolüstü oyunlar, dəftərlər, əl işləri də ala bilərlər. Yarmarka sahəsində “Gastro bazar” yemək meydançası da nəzərdə tutulub.

Sərginin təşkilində əlil arabasında olan fiziki məhdudiyyətli insanlar fəal rol oynayır, orada köməkçilərdən tutmuş fotoqraflara qədər müxtəlif işlər görürlər.

Yeni il kitab sərgisi Ali&Nino təşəbbüsü ilə təşkil olunur. Sərgi zamanı uşaq şənlikləri, tanınmış yazıçıların imza günləri, konsertlər və digər əyləncələr planlaşdırılır.
Akif Nəsirli

0.10064888000488