Xalqımızın tolerantlıq dəyərlərinin 
formalaşmasında İslamın rolu

Xalqımızın tolerantlıq dəyərlərinin formalaşmasında İslamın rolu
 

Azərbaycan xalqının tolerant xalq olduğu, bununla da dünya mədəniyyətinə saysız-hesabsız incilər bəxş etdiyi bütün dünyaya bəllidir. Həqiqətən, ümumilli lider Heydər Əliyevin dediyi kimi, bizim sərvətimiz yalnız karbohidrogen ehtiyatlarımız deyil, həm xalqımızın mlli-mənəvi dəyərlərindən biri olan tolerantlıqdır. Azərbaycan xalqının multikultural dəyərlərə sayğısı, ölkədə nadir dünya mədəniyyəti nümunələrinin qorunaraq saxlanmasına öz arealında dünya mədəniyyəti muzeyinin yaradılması ilə nəticələnib. Ölkədə dünyanın heç bir yerində təsadüf edilməyən azsaylı xalqlar etnoslar yaşayır. Bütün bu multikultural palitranı yaradan yeganə dəyər, Azərbaycan xalqının milli-mənəvi dəyərlərində yer alan tolerantlıq dözümlülük xüsusiyyətidir.

Dünyanın bir çox alimləri Azərbaycandakı multikultural mühitin səbəblərini tədqiq edib mühüm nəticələr əldə ediblər. Məsələn, bir qrup alim iddia edir ki, Azərbaycan xalqının tolerant dəyərlərə malik olmasının əsas səbəbi xalqın məkan olaraq dünya ticarət yolunun kəsişdiyi bir coğrafiyada yerləşməsi ilə bağlıdır. Bunu da belə əsaslandırırlar ki, ta qədimdən "İpək yolu" üzərində yerləşən Azərbaycan Asiya ilə Avropanı bir-birinə bağlayıb, bu yolla hərəkət edən müxtəlif xalqların nümayəndələri ilə intensiv təmasda olması, xalqda tolerantlıq hissinin inkişaf etməsinə səbəb olub.

Digər qrup mütəxəssislər iddia edir ki, Azərbaycan xalqının tolerant ideyalara malik mütəfəkkirləri olub, xalq da həmin mütəfəkkirlərin ziyası nəticəsində tolerant dəyərləri formalaşdırıb. Bu yanaşmanın da kifayət qədər əsasları var. Bu qəbildən olan mütəfəkkirlər sırasında Nizami Gəncəvinin adını çəkmək kifayətdir. Amma o, tək deyil, bu xalqın Füzulisi, Nəsimisi, Şirvanisi s. onlarla tolerant dünya örüşünə malik klassik müasir mütəfəkkirləri var. Tamamilə doğru iddiadır, müasir klassik Azərbaycan ədibləri öz əsərlərində humanizmi həmişə bütün dəyərlərdən yüksək tutub onu təbliğ ediblər. Amma Azərbaycan xalqını tolerant edən daha fundamental dəyər var, hansı ki, inkişaf etmiş dünya ölkələrindən olan mütəxəssislərin böyük əksəriyyəti bunu qəbul etmir. Bu, məhz Azərbaycan xalqının inanc iman yeri olan İslam dinidir.

Bu gün dünyaya "terror dini" dini kimi təqdim edilən İslam, əslində kifayət qədər tolerant dindir. Lakin bəla burasındadır ki, həm İslama iman gətirən insanların əksəriyyəti, həm inkişaf etmiş dünya bunu qəbul etmək istəmir. Bu gün dünya İslamı hansı nişanlar altında tanımağa çalışır: Taliban, İŞİD, Hizbullah, Əl-Qaida, Həmas s. Əslində isə bu terror təşkilatları İslam qiyafəsi altında yaradılsa da, onların İslama heç bir aidiyyatı yoxdur. Əksinə, dünyanın super-gücləri tərəfindən yaradılıb onlar tərəfindən idarə edilir. Artıq dünyada sular durulduqca kimin əlinin kimin cibində olduğu bilinir. Yalnız Əfqanıstanda guya ABŞ qüvvələrinə qalib gələrək hakimiyyəti ələ keçirən Talibanın yaranması barədə açıq mənbələrdən araşdırma aparsaq, aydın olar ki, onun İslama qiyafədən başqa heç bir dəxli yoxdur.

Terrorizm, üsyan müharibələrə İslam donu geyindirilməsinin əksinə olaraq, İslamın müqqəddəs kitabı olan Qurani-Kərimdə bəyan edilir ki, bu din yer üzünə rəhmət olaraq endirildi. Yəni Uca Allahın dərgahından insanları rəhimli mərhəmətli olmağa çağırmaq üçün endirilib İslam. Ona görə , həm Qurani-Kərimdə, həm şəriətdə bu xüsusda minlərlə çağırş göstəriş var. O çağış göstərişləri bir yazıya sığışdırmaq mümkün deyil. Amma Qurani-Kərimdən bəzi açıq ayələri oxucularımıza təqdim edirik ki, İslamın tolerantlıq dini olduğunu açıqlaya bilək.

Məsələn, Qurani-Kərimin "Kafirun" surəsinin 6- ayəsində Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir". Bu o deməkdir ki, başqa dini inanclara iman gətirən insanlara hörmətlə yanaşın, ona onun inancına hörmət edin. Bu özü böyük bir tolerantlıq mücəssiməsi sayıla bilər. Yəni İslam öyrədir ki, qeyri-islam dinlərinə qarşı düşmən kəsilməyin, əksinə, ona hörmətlə yanaşın.

Müqəddəs kitabımızın "Ənam" surəsinin 108-ci ayəsində Yaradan buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...". Buyurun, bu ayədə bir qədər açıqlanır ki, ən azı iman gətirdiyin Allaha hörmətin varsa, müşriklərə kafirlərə söyməyin, onlarla da gözəl davranın. İslamda kafir insan ən aşağı keyfiyyətdə tutulan insandır ki, onun günahları Allah qatında bağışlanmaz. Bununla belə, Uca Allah buyurur ki, onları da söymək haramdır.

Allah Qurani-Kərimin "Ənam" surəsinin 107-ci   "Ali-İmran" surəsinin 20-ci ayəsində Peyğəmbərinə (s.ə.s.) belə buyurur: "Biz səni onların üzərində gözətçi qoymamışıq sən onların vəkili deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir". Burada Uca Allah heç Peyğəmbərinə (s.ə.s.) belə ixtiyar vermir ki, kimisə zorla dinə gətirsin, ona yalnız təbliğat aparmağa icazə verir.

Müqəddəs kitabımızın "Ənam" surəsinin 164- ayəsində deyilir: "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz". Bu ayələrdə birlikdə yaşamaq hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində fikrində qəbul etmək özü ən prinsipial tolerantlıq dəyəridir.

Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərin formalaşmasının da əsası tolerantlıqdan keçir.

Allah Hz.Musanı (ə) qardaşı Hz.Harunu Onu inkar edən, özünü tanrı hesab edən, zalım azğın Misir hökmdarı Fironun yanına göndərərkən necə hərəkət etməli olduqlarını belə buyurur: "Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşıb. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud çəkinsin!" ("Taha" surəsi, 43-44).

Qurani-Kərimdə Allah belə buyurur: "...Sizin hər biriniz üçün bir şəriət bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinzlə yarışın. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" ("Maidə" surəsi, 48). Burada İslam dininin bəşəriyyətin rəngarəngdiyinə münasibəti aydınlaşır. Qurani-Kərim öyrədir ki, bütün dinləri millətləri Allah yaradıb, ona görə , biz bəndələr bəşəriyyəti belə qəbul etməliyik.

Quran  "Ənam" surəsinin 152-ci ayəsində tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun...". Yəni yaxın qohumunun zərərinə olsa, həqiqət nədirsə, onu söyləməyi əmr edir. Fəlsəfi anlamda da tolerantlığın mayasını ədalət təşkil edir.

Qurani-Kərimin müxtəlif surələrində gələn bu ayələr - "De: "İstər inanın, istərsə inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir.

Quran "Dində məcburiyyət (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb: " qədər istəsən insanların əksəriyyəti iman gətirməzlər", "Sən istədiyinə hidayət verə bilməzsən, ancaq Allah istədiyinə hidayət verər", "Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?" ("Şuəra" surəsi, 3) kimi ayələr İslamın tolerantlığını anlamaq üçün ən gözəl sözlərdir.

Bütün bunlar qeyd etmək imkanımız olmayan minlərlə məqamlar onu göstərir ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərində tolerantlıq prinsiplərinin hakim kəsilməsində İslam dininin böyük payı var.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.014321804046631