İmtina ...

İmtina ...
 

Nədən, kimdən, üçün?

 Həyatın hər insana bir dəfə verildiyi fəlsəfəsinin mənasını açıqlamağa ehtiyac yoxdur. Həyatın özü kimi, onun mənası elə bir cümlə ilə hər kəsə aydındır...

Fəqət hər məsələdə aydın olmayan məqamlar da var. Açması da bütövlükdə heç kimə müyəssər olmur...

Bugünlərdə eşitdik ki, övladları qohumları tərəfindən atıldığını deyən bir qadın sığınacaqdan imtina edib. Onun seçimi küçə olub, dediyinə görə, küçədə gündəlik 300 manat qazanırmış...

Deyilənə görə, o, yerləşdirildiyi sığınacağın işçilərini təhqir edərək oradan gedib...

Hər halda, həyatını necə yaşamaq seçim hər kəsin özünəməxsus haqqıdır. Yerindəcə qeyd edim ki, istənilən halda, təhqir etmək müsbət qarşılanan kimsə üçün arzuolunan hal deyil. Amma həmişə adamın istədiyi arzuladığı kimi olmur ki...

Həyatı hərtərəfli yaşamaq hamının ümdə arzu-məqsədi olsa da, bu, çox zaman hərtərəfli deyil, birtərəfli olur. Belə kasadlıqdan da kimsə sığortalana bilmir. Həyat sürprizləri sevir axı - müsbət anlamda gözləsək , o bəzən daha çox müsbəti qabaqlamış olur...

Elə sığınacaqdan imtina edən, küçəni seçən şəxs kimi, biləsən onun özünün, övladlarının, qohumlarının, birmənalı qarşılanmayan situasiyada başqa kimlərin yanaşması daha düzgündür?! Hər insanın həyatı bağlı qapılar kimidir, arxasında nələrin baş verdiyini kimsə bilə bilməz.

İndilikdə isə, gələcəyin kimin üçün vəd edəcəyi kimsəyə bəlli deyil. Aydın olan bugünkü situasiyadır ki, ondan imtinanı da hər halda, “yolun işıq gələn tərəfi yozmaq olmur.

Çünki həyatımız bircə dəfə verilsə , ondakı eniş-yoxuşlar, “dağ-dərələr istənilən qədərdir. Onu isə tam sağlam, əmək fiziki qabiliyyətli insanların belə, çoxu aşa bilmir.

Lakin yenə , seçim haqqı hər insanın özünə məxsusdur. Bu özünəməxsusluqdan çıxış edərək , hər kəs öz həyatını istədiyi kimi qura bilər. Yəqin ki, insanın özünə istədiyi məntiqlə, yaxşı olmalıdır. deyirik, olsun.

O da həmişə deyilən, bütün dövrlərdə yaşanan həqiqətlərdəndir ki, küçədən ev olmaz. O, gediləcək ünvana çatmaq s. təmayülə xidmət edir ki, onda da dayanıb-durmaq, yaşamaq qəti mümkün deyil. Amma kimsə bunu özünə rəva bilirsə...

Bağlı qapıların arxasında nələrin baş verdiyini kimsənin bilmədiyini bayaq dedim. Bəlli olan odur ki, nədən imtina ediriksə-edək, onsuz dadördəlliyapışdığımız həyat da vaxtsa, bizdən imtina edəcək.

O zaman, bizə müvəqqəti sığınacaq olan dünyanı, daimi olmayan həyatı nədən qiymətləndiririk, sevirik?!

Bu ritorik sualın açmasına da, zatən, ehtiyac yoxdur. Cavabını özündə daşıyan həqiqətlər kimi...

Nigar Orucova

0.015921115875244