Bakıda "Yeni il" yarmarkası keçiriləcək

Bakıda
 

Paralel.az xəbər verir ki, 20-30 dekabr tarixlərində “Yeni il” münasibətilə Bakıda “Kənddən Şəhərə” adlı yarmarka keçiriləcək.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermerin iştirak edəcəyi yarmarka 2 fərqli ünvanda baş tutacaq:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı və
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka pandemiya qaydalarına uyğun həyata keçiriləcək.
Akif Nəsirli

0.012139797210693