Qaradərili sosial işçi polis reydinə görə 3 milyon dollar qazandı

Qaradərili sosial işçi polis reydinə görə 3 milyon dollar qazandı
 

Paralel.az xəbər verir ki, Çikaqoda yaşayan qaradərili Anjanette Yanq polisin qanunsuz hərəkətinə görə üç milyon dollar təzminat alacaq. “Anonim məlumat verən”dən axtarış qərarı alan polis əməkdaşları xəbərdarlıq etmədən onun mənzilinə soxulublar. Polislər qadını mənzilində çılpaq yaxalayıb və onun tam geyinməsinə imkan verməyərək axtarış apardılar. Bu barədə Milli İctimai Radio məlumat yayıb.

Çikaqo Şəhər Şurasının dekabrın 15-də polisin səhvən evinə silahla girdiyi zaman çılpaq dayanmağa məcbur edilən sosial işçi Anjanette Yanq üçün 3 milyon dollar təzminat təsdiq edəcəyi gözlənilir.

21 fevral 2019-cu ildə polis gəncin mənzilinin giriş qapısını sındırmaq üçün qoçdan istifadə edib. Bu zaman o, işdən təzəcə qayıtmışdı ki, onlarla zabit içəri girdi. Reyd zamanı onlar məlumat verənin dediyinə görə, qanunsuz yolla əldə edilmiş silah-sursat saxlayan şəxsi axtarırdılar. Polisin orderi əldə etmək üçün istifadə edilmiş başqa sübutları yox idi. Hakimiyyət şübhəlinin bu ünvanda yaşadığını heç vaxt təsdiqləməyib.

Polis əməkdaşları şəxsi mülkiyyətə qanunsuz daxil olmaq və order almaq qaydalarını pozmaqla yanaşı, “onun ləyaqətini qorumaq üçün ağlabatan tədbirlər görməməkdə” ittiham olunurlar. Axtarış anı polislərin sinə kameralarına tuş gəldi, video işə əlavə edildi. Polislər yanlış ünvana daxil olduqlarını başa düşdükdə, gəncin qandallarını çıxardılar, geyinməsinə icazə verdilər və “təvazökar üzrxahlıqdan” sonra ayrıldılar.

Bir neçə şəhər məclis üzvü gəncin hüquq-mühafizə orqanlarından aldığı xəsarətə görə daha yüksək təzminata layiq olduğuna inandıqlarını söylədi. .Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində Çikaqo Polis İdarəsi reyd siyasətini nəzərdən keçirəcək.

Bundan əvvəl ABŞ-dan olan qaradərili kişinin 23 ilini dəmir barmaqlıqlar arxasında keçirdiyi və altı milyon dollar təzminat aldığı bildirilirdi.  Məhkəmə Dean Gillespie-nin qanunsuz olaraq məhkum edildiyini və 20 il həbs cəzası çəkdiyini müəyyən etdi. Onun işində təqsirkarlığa dair heç bir maddi sübut yox idi və prokuror andlılardan gizlədib ki, Gillespie boyu və digər fiziki göstəricilərə görə cinayətkarın təsvirinə uyğun gəlmir. Azad edildikdən sonra adam istintaqın hərəkətlərini səhv kimi tanımaq üçün daha on il sərf etdi.

Akif

0.071642160415649