Erməni deputat: “Ermənistan və Azərbaycan başçılarının görüşlərindən yaxşı heç nə gözləmirəm”

Erməni deputat: “Ermənistan və Azərbaycan başçılarının görüşlərindən yaxşı heç nə gözləmirəm”
 

Paralel.az xəbər verir ki, deputat  İşxan Saqatelyan Ermənistanda hakimiyyət dəyişilməzliyinin yeni itkilərə və  təslim olmağa gətirib çıxaracağını deyib: “Ermənistan və Azərbaycan başçılarının görüşlərindən yaxşı heç nə gözləmirəm.
Ermənistan hakimiyyəti daim hər şeyi təkzib etsə də, biz Türkiyədən müsbət irəliləyişlər barədə siqnallar eşidirik.
Düşmən qarşısında baş əyən hakimiyyət Ermənistanın maraqları naminə danışıqlar apara bilməz. Sərhəd məsələsi zamanı hakimiyyət ruslara istinad edir və eyni zamanda şifahi razılaşma ilə əraziləri təhvil verir, sonra isə təkzib edir.
 İstər hərbi əsir məsələsində, istərsə də Qarabağla bağlı onlardan əlimizi yumuşuq”.
Nigar

0.075386047363281