Ermənistan parlamenti 4 saat ərzində lazımi yetərsayı təmin edə bilməyib

Ermənistan parlamenti 4 saat ərzində lazımi yetərsayı təmin edə bilməyib
 

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlament 4 saat ərzində lazımi yetərsayı təmin edə bilməyib. Bununla bağlı müxalif “Ermənistan” blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılan Milli Məclisin növbədənkənar sessiyası baş tutmamış hesab edilib.

Bunu dekabrın 15-də Milli Məclisin iclas zalında hakim “Mülki Müqavilə” partiyasından olan parlamentin vitse-spikeri Akop Arşakyan deyib.

Belə ki, parlamentin müxalif “Ermənistan” blokunun təşəbbüsü ilə çağırılan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı növbədənkənar iclası gözlənildiyi kimi, nəhayət, hakim çoxluq tərəfindən iflasa uğradı.

Parlamentin sədr müavini Akop Arşakyan istisna olmaqla, hakim çoxluq iclasda iştirak etməyib.

Xatırladaq ki, parlamentdəki hər iki müxalifət fraksiyasının cəmi 35 deputatı var.
Akif Nəsirli

0.033641815185547