NATO Rusiyanın istənilən təcavüzünü ciddi qiymətləndirəcək
"Rusiya tərəfindən istənilən təcavüzə qiymət veriləcək və eyni zamanda Rusiya üçün çox ciddi siyasi və iqtisadi nəticələr olacaq".
Paralel.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Baş katib vurğulayıb ki, Ukrayna və Gürcüstan öz müttəfiqlərini seçmək hüququna malikdir, Rusiyanın isə onların seçimini diktə etmək hüququ yoxdur.
“Biz Rusiyanı Abxaziya və Cənubi Osetiya regionlarının tanınmasına son qoymağa və silahlı qüvvələrini geri çəkməyə çağırmağa davam edirik. Bu gün biz regionda təhlükəsizlik məsələlərini, o cümlədən Rusiyanın Ukraynada hərbi varlığının gücləndirilməsini, onun ətrafındakı vəziyyəti və Qara dəniz regionunda sabitliyin pozulmasına yönəlmiş hərəkətləri müzakirə etdik”, - Stoltenberq bildirib.
Akif Nəsirli