Rusiya müxtəlif formatlarda mexanizmlərin həllini vacib hesab edir
Paralel.az xəbər verir ki, rusiyalı ekspert Tamara Quzenkova Ermənistanın Rusiyanın strateji müttəfiqi olmasına və bu işdə etibarlı tərəfdaş kimi çıxış etməsinə baxmayaraq, hazırda orada anti-Rusiya əhval-ruhiyyəsinin hökm sürdüyünü deyib. O, “3+3” platformasında iştirakçıları “sakitləşdirmək” və müəyyən dərəcədə onları danışıqlara məcbur etməkdən bəhs edib: “Çünki bu, həqiqətən də lazımdır. Nəinki rəsmi “3+3” və ya “3+2” formatında (Gürcüstansız), həm də mürəkkəb, az nəzərə çarpan formatlarda müxtəlif mexanizmlər tətbiq edilməli olacaq.
Bu gün Cənubi Qafqaz ölkələri arasında münasibətlərdə vəziyyət nə qədər çətin olsa da, bu problemin həllinə ehtiyac var”.
Nigar