Rus tarixçi “3+3” platformasından bəhs edib
Paralel.az xəbər verir ki, tarix elmləri doktoru Tamara Quzenkova “3+3” platformasından bəhs edib: “Təbii ki, biz bu platformanın siyasi komponentindən imtina edə bilmərik, o, mütləq olacaq.
Biz tarixi unuda bilmirik, ondan imtina etmək qadağandır. Ona görə də siyasətçilərin, diplomatların, iqtisadçıların qarşısında çox ciddi işlər var.
Düşünürəm ki, ermənilərə siyasi praktikaya çevrilən “tarixi qurbanlıq” sindromu xasdır. Amma biz öz ambisiyalarımızı dəf etməliyik. Bütün nəqliyyat marşrutlarını açmaq, azad ticarət qurmaq faydalıdır.
Amma istər Ermənistanda, istərsə də Azərbaycanda hakimiyyət ictimai rəydən çox asılıdır və orada da, burada da istənilən cəhd, istənilən addım milli maraqlara, öz vətənlərinə xəyanət kimi qəbul edilə bilər. Diplomatlarımız bunun iqtisadi problemlərin həlli platforması olduğunu daim vurğulayırlar”.
Nigar