"Saakaşvili ilə bağlı həkimlərin tövsiyyələrini nəzərə alacağıq"

 

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərin sabiq prezident Mixeil Saakaşvili ilə bağlı ünvanladıqları sualı cavablandırıb.

Paralel.az xəbər verir ki, Tikaradze sabiq prezidentin sağlamlıq vəziyyəti ilə bağlı həkimlərin tövsiyyələrini nəzərə alınacaqlarını bildirib: "Mən klinisist deyiləm, buna görə də onun sağlamlıq vəziyyətini qiymətləndirə bilmərəm. Əlbəttə ki, biz Mixail Saakaşvilinin səhəti ilə bağlı həkimlərin tövsiyyələrini nəzərə alacağıq,"-deyə Tikaradze əlavə edib.

Qeyd edək ki, media nümayəndələrinin Tikaradzeyə, həkimlərin Mixail Saakaşvilinin Qldani həbsxanasına qaytarılacaq vəziyyətdə olmadığı, əksinə daha yaxşı tibbi mərkəzə aparılmalı və ya Qori hospitalında saxlanılmalı olduğu barədə açıqlaması ilə bağlı sualına cavab olaraq səhiyyə naziri bunları deyib.
A. Nəsirli

0.028061151504517