Avropa Parlamentinin rəhbəri COVID sertifikatı təqdim etməyən deputatları cəzalandırıb

Avropa Parlamentinin rəhbəri COVID sertifikatı təqdim etməyən deputatları cəzalandırıb
 

Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Avropa Parlamentinin rəhbəri David Sassoli AP binalarının girişində koronavirus sertifikatının təqdim edilməsi qaydasını pozduğuna görə bir neçə deputata sanksiya tətbiq edib.

"Təəssüf ki, mən Avropa Parlamentinə daxil olarkən sanitar pasportla bağlı qaydanı pozduqlarına görə bir sıra deputatlara qarşı tətbiq edilməli olan sanksiyalar barədə məlumat verməliyəm", - Sassoli Strasburqda keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, sanksiyalara iki gündən yeddi günədək müddətə Avropa Parlamentinin binasına daxil olmaq hüququndan məhrumetmə, həmçinin xəbərdarlıq daxil olacaq.

Bu günlərdə Strasburqda Avropa Parlamentinin növbəti plenar iclası keçirilir.
Akif Nəsirli

0.021909952163696