Avropada qazın birja qiyməti 1500 dolları keçib

Avropada qazın birja qiyməti 1500 dolları keçib
 

Paralel.az xəbər verir ki, Avropada qazın qiyməti təxminən 15% artıb və oktyabrdan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1500 dolları ötüb. Bu barədə məlumatı İCE London birjasının göstəricilərinə əsasən verib.

Birjada ticarətin açılışında yanvar fyuçerslərinin dəyəri min kubmetr üçün 1430 dollardan yuxarı qalxıb. Moskva vaxtı ilə saat 19:59-da qiymət 1556,2 dollara çatıb. Bu, bir gün əvvəl gözlənilən qiymətdən təxminən 15% yüksəkdir - proqnoz 1 356,3 dollar idi.

Payızda Avropada qazın qiyməti rekordlar qıraraq, 1000 kubmetr üçün 1900 dollarla tarixin ən yüksək həddinə çatıb. Sonra qiymətlərə düzəlişlər edilib və qazın qiyməti aşağı düşüb.

Qiymətlər Almaniyanın xarici işlər naziri Annalena Berbokun “Şimal axını 2” qaz kəmərinin Avropa qaydalarına uyğun gəlmədiyi üçün istismara verilə bilməyəcəyini açıqlamasından sonra yenidən bahalssmağa başlayıblar.

Kreml də öz növbəsində “Şimal axını 2”nin təsdiqindən əvvəl “səbirli olmağı” xahiş edib. “Tənzimləyici ilə iş davam edir və əslində şirkət [Nord Stream 2 AG] tənzimləyicinin bütün tələblərinə əməl edir. Burada sadəcə səbirli olmaq lazımdır ", - prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

“Şimal axını 2” layihəsi sentyabrda tamamlanıb. İşləmək üçün Almaniya və Avropa tənzimləyicilərindən icazə almalıdır. Almaniya 8 yanvar 2022-ci ilə qədər qərar verəcək, sonra Avropa Komissiyası buna daha iki ay baxacaq.

Bloomberg xəbər verir ki, Avropa son müddəti daha iki ay - 8 may 2022-ci ilə qədər uzatmaq hüququna malikdir.
Akif Nəsirli

0.041520833969116