Bakıda tıxac yaşanır

Bakıda tıxac yaşanır
 

Paralel.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində sıxlıq müşahidə olunur.

Bu haqda bu gün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Tıxac prospektin şəhər istiqamətində kənar yoldakı məhdudiyyət səbəbindəndir. Bununla bağlı 1, 13, 38, 184, M3 və M8 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar ləngiyir. Hal-hazırda 20-ə yaxın ictimai nəqliyyat vasitəsi sıxlıqda qalıb.

Bu səbəbdən Yusif Səfərov-”28 May” m/st-sı, eləcə də Koroğlu Rəhimov küçəsi-“Gənclik” m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.
A. Nəsirli

0.012449026107788