Mixail Saakaşviliyə məhdudiyyətsiz yemək icazəsi verilib

Mixail Saakaşviliyə məhdudiyyətsiz yemək icazəsi verilib
 

Paralel.az xəbər verir ki, həkimlər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə yaxşı qidalanmağa icazə veriblər.
Sputnik radiosu-sunun məlumatına görə,  həkimlər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə yaxşı qidalanmağa icazə verdiyi barədə Ədliyyə Nazirliyinin tibbi şurasının üzvü Yelena Qiorqadze bildirib.

Siyasətçi uzun sürən aclıq aksiyasından sonra müalicə alır.
O qeyd edib ki, Saakaşvili hələ də zəifdir, bunun səbəbi hərəkətsizlik və emosional stressdir.

Saakaşvili yeddi illik mühacirətdən sonra oktyabrın 1-də vətəninə qayıdıb və demək olar ki, dərhal polis tərəfindən saxlanılıb. Bundan sonra eks-prezident 45 günlük aclıq aksiyasına başlayıb.

Gürcüstanda keçmiş dövlət başçısı 4 cinayət işində, həbs edildikdən sonra isə daha bir işdə - sərhədi qanunsuz keçmə ilə bağlı təqsirləndirilir.

Siyasətçi həbsini qanunsuz hesab edir və ittihamları saxta adlandırır.
Akif Nəsirli

0.021332025527954