Rada ruslar üçün Ukrayna vətəndaşlığının alınması prosedurunu sadələşdirdi

Rada ruslar üçün Ukrayna vətəndaşlığının alınması prosedurunu sadələşdirdi
 

Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radası Rusiya Federasiyasının bir sıra kateqoriyalı vətəndaşları, eləcə də Donbassdakı münaqişə zonasında hərbi əməliyyatlarda iştirak edən şəxslər üçün Ukrayna vətəndaşlığının alınması prosedurunu sadələşdirib. Bunun üçün 226 səs lazım olsa da, qanunun lehinə 285 deputat  səs verib.

"Bu qanun layihəsinin qəbulu siyasi əqidəsinə görə təqiblərə məruz qalmış Rusiya Federasiyası vətəndaşlarının, habelə hərbi xidmət keçən (olan) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukrayna vətəndaşlığını qəbul etmə prosedurunu sadələşdirəcək", qanun layihəsinə izahatda belə yazılıb.
Ukrayna vətəndaşlığını almaq üçün Rusiya Federasiyasının vətəndaşları Rusiya pasportundan imtina haqqında bəyannamə təqdim etməlidirlər. Bundan əlavə, qanun Donbassdakı münaqişə zonasında döyüş əməliyyatlarında iştirak etmiş və ya hazırda iştirak edən şəxslərin vətəndaşlıq alması üçün  sadələşdirir.

Qanunu hələ ki, Ukrayna prezidenti Vladimir Zelenski imzalamayıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin bütün şəxsi heyətinin yarısını Donbasa göndərib. Moskva NATO ölkələrinin hərbi texnikasının Rusiya sərhədlərinə köçürülməsindən və Donbasda Qərb təlimatçılarının sayının artırılmasından narahatlığını bildirib. Qərb ölkələri Donbasda istifadə olunan silahlar da daxil olmaqla Ukraynaya hərbi dəstək verməkdə davam edir.
Akif Nəsirlu

0.026587009429932