ÜST dünyada koronavirus "sunami"si elan edib
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, ÜST bölməsinin qrup rəhbəri Van Kerxove koronavirus infeksiyalarının "sunami"sini barədə danışıb.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove bildirib ki, dünya ictimaiyyəti delta və omikron ştammları da daxil olmaqla, koronavirus infeksiyalarının sunamisi ilə üz-üzədir.
"Düşünürəm ki, biz dünyada həm delta ştammı (son aylarda üstünlük təşkil edən variant), həm də omikronla yoluxma sunamisi ilə üzləşirik", - Kerkhove İspaniyanın "Pais" qəzetinə müsahibəsində deyib.
ÜST sözçüsü ölkə hökumətlərini "hərəkət etməyi gözləməməyə" çağırıb.
"Biz pandemiyaya son qoymalıyıq. Biz (virusun) ötürülməsini aşağı səviyyəyə endirməliyik, peyvəndlər vasitəsilə ağır xəstəliklərdən qorunmalı və vaxtında müalicəni təmin etməliyik. 2022-ci il bunu etdiyimiz il olmalıdır", - Kerxove əlavə edib.
Akif Nəsirli