ABŞ dünyaya COVID-19 peyvəndi bağışlayacaq

ABŞ dünyaya COVID-19 peyvəndi bağışlayacaq
 

Paralel.az xəbər verir ki, Blinken ABŞ-ın 2022-ci ilin sonuna qədər dünyaya 1,2 milyard dozadan çox COVID-19 vaksini bağışlayacağını söyləyib.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar 2022-ci ilin sonuna kimi digər ölkələrə 1,2 milyard dozadan çox COVID-19 vaksini bağışlamağı planlaşdırır.

Hazırda Cakartada səfərdə olan Blinken, "Gələn ilin sonuna qədər biz dünyaya 1,2 milyard dozadan çox peyvənd vermiş olacağıq" dedi.
.Dövlət katibinin çıxışı ABŞ Dövlət Departamenti tərəfindən yayımlanıb.
A. Nəsirli

0.03627610206604