Rəqabət Məcəlləsindən yeni, amma bəd  xəbər var

 

Rəqabət Məcəlləsindən yeni, amma bəd  xəbər var 
 

 

Osman Gündüz yazır:

 

Milli Məclisin Komitə sədri Tahir Mirkişili bu günlərdə bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu üçün tam şərait formalaşmayıb. 

O, Məcəllənin qəbuluna qədər bir sıra addımların atılmasının, satınalama ilə bağlı yeni qanunvericiliyin, “kölgə” iqtisadiyyatının aradan qaldırılması ilə bağlı hüquqi sənədlərin qəbulunun vacib olduğunu vurğulayıb.

Beləliklə, artıq 16 il olur ki, Rəqabət Məcəlləsini qəbul etmək mümkün olmur.

 Xatırladıram ki , Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib.

2007-ci ildə 2-ci oxunuşdan keçib.

Bundan sonra Məcəllənin qəbul edilməsi prosesi nədənsə xeyli müddət dayandırılıb.

Xatırlayıram ki, 2013-cü ildə Məcəllənin 3-cü oxunuşa verilməsinə cəhdlər olundu. Lakin bu cəhdlər reallaşmadı.

2016-cı ildə Prezident tərəfindən təsdiq olunan “Strateji yol xəritəsi”-ində Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutuldu. Lakin reallaşmadı.

Cari ilin əvvəli İqtisadiyyat Nazirliyi Yanında Dövlət Antiinhisar Xidməti Rəqabət Məcəlləsinin yeni, təkmilləşdirilmiş variantının hazırlandığı və müvafiq strukturlarla razılaşdırmaya verildiyini bildirmişdi.

Görünür ki, bu il və güman ki qarşıdakı il üçün də  razılaşdırma baş tutmayıb.

 

P.S. Yeri gəlmişkən, DGK sədri bu günlərdə  "kölgə iqtisadiyyatı"nın da yerini dəqiq göstərib...

Paralel.az

0.011659145355225