Peşəkar assosasiyaya ehtiyac var...

Peşəkar assosasiyaya ehtiyac var...
 

 

 

Gərək  ölkəmizdə fəaliyyət göstərən İnternet TV-lər özlərinin biznes maraqlarını qorumaq üçün çoxdan bir cəmiyyət, bir peşəkar assosasiya formalaşdıraydılar.

Sektorda ictimai institutlaşma zəif olduğundan, özünü tənzimləmə inkişaf etmədiyindən  MEDİA Agentliyi də düşünüb ki, "Platforma yayımçısı", " Platforma operatoru" adı altında lisenziyalaşma institutu kimi heç bir ölkədə analoqu olmayan tənzimləmə yaratsın.

Görəsən MEDİA Agentliyi elə bir  Avropa ölkəsi göstərə bilərmi ki, onun  onlayn media mühiti, İnternet TV-si  Agentliyin təqdim etdiyi formada tənzimlənsin ?

Hətta özlərinin istinad etdiyi ölkənin layihəsində, hansı ki indi ona qarşı da ciddi müqavimət var, bu tip sərt və konservativ yanaşma yoxdur.

Osman Gündüz

Paralel.az

0.011193037033081