“Onlayn media ilə əlaqəli hissəsini bu sahədən xəbəri olmayanlar hazırlayıb”

 

“Onlayn media ilə əlaqəli hissəsini bu sahədən xəbəri olmayanlar hazırlayıb” 
 

 

Bir neçə gündür ki, "Media haqqında" qanun layihəsini oxuyuram. Beynəlxalq təcrübəyə baxıram.

Çap media və ya tele-radio ilə bağlı hissələr ən azı anlaşılandır, mübahisə və müzakirə ediləcək məqamlar var.

Amma, həqiqətən mənə elə gəlir ki, qanun layihəsinin  onlayn media ilə əlaqəli hissəsini,  ümumiyyətlə bu sahədən xəbərsiz, beynəlxalq aləmdə bu sahənin tənzimlənməsi və özünü tənzimləməsi haqqında təsəvvürü olmayanlar hazırlayıb.

Son zamanlar ölkədə aparılan rəqəmsal transformasiya işlərinin nəticəsi də burada özünü göstərmir.

Tənzimləyici və media subyektlər arasında münasibətlərin effektiv mexanizmləri nəzərdə tutulmayıb.

Çox təəssüf edirəm.

Baxıram ki, mediadakı bəzi dostlarımız da inciyiblər. Efirdən də, aparılan kampaniyadan da bu görsənir.

Axı burada söhbət Azərbaycanın informasiya sahəsində milli maraqlarından gedir.

Bizim, dayanıqlı keyfiyyətli milli informasiya infrastrukturu ilə bağlı maraqlarımız var.

Bu maraqları təmin etmək üçün daha uzağa hədəflənən, dünyada gedən prosesləri nəzərə alan, informasiya mühitimizin inkişafını və dayanıqlığını təmin edən qanuna ehtiyac var.

Prezident məhz bu baxımdan  yeni qanun hazırlanması ilə bağlı tapşırıqlar verib.

Bu qanun layihəsində internet, onlayn media, internet üzərindən yayılan media ilə əlaqəli dünyanın aparıcı beynəlxalq qurumlarının müəyyən etdiyi bütün prinsiplərə  əməl edilməyib.

Sabah axı bunun sorğu-sualı olacaq. 

P.S. Qanun layihəsini hazırlayanların hansı mənbədən istifadə edə biləcəkləri ilə bağlı da qısa bir araşdırma apardım. Və maraqlı situasiya ilə rastlaşdım. 

Həmin kordinat , həmin dalğadır. 

15 il öncə "İnformasiya əldə edilməsi haqqında" qanun  layihəsi hazırlananda da başqa bir ölkənin qanunu götürüb, hətta onun faydalı hissələrini çıxarıb təqdim etmişdilər. Hansı ki sonradan o layihə müzakirədən çıxarıldı.Həmin vəziyyət indi bu layihədə müşahidə olunur.

Osman Gündüz

Paralel.az

0.01382303237915