“İTV  bu verilişdə cəmiyyətin ciddi narahatçılıqlarını çatdıra bilmədi və ya...”

 

“İTV  bu verilişdə cəmiyyətin ciddi narahatçılıqlarını çatdıra bilmədi və ya...” 
 

 

 

Osman Gündüz

 

Bu gün İTV-nin  Diqqət Mərkəzi verilişində “Media haqqında” qanun layihəsinin müzakirəsi diqqətimi cəlb etdi. 

Düzü, həmin ərəfələrdə bir İnternet TV ilə canlı yayıma da qoşulduğumdan tam formada izləyə bilmədim. 

Amma , iştirakçılarının hər birinə hörmətlə yanaşdığımı bildirməklə, onu da qeyd etmək istərdim ki, İTV bu verilişdə mövzu üzrə alternativ fikri verə, cəmiyyətdəki mövcud narahatçılıqların məğzini çatdıra bilmədi.

Maraqlidir ki, Parlamentdə bir neçə gün öncə bu mövzuda keçirilən toplantıda  “Media haqqında” qanun haqqında  cəmiyyətdə gedən müzakirələrə daha çox yer verilmişdi, Parlament buna yetrəincə şərait yaratmışdı.  Hansı ki, əslində tərsinə ola bilərdi. 

Təəssüf ki, İTV daha çox eyni mövqedən çıxış edənlərin fikirlərinə üstünlük verdi. 

Düşünürəm ki, İTV  bu  verilişdə qanun layihəsi ilə bağlı, xüsusilə də onlayn media mühitin tənzimlənməsi ilə bağlı  cəmiyyətin ciddi narahatçılıqlarını çatdıra bilmədi və ya çatdrımaq istəmədi.

Son zamanlar İTV ictimai maraq doğuran, cəmiyyətin maraqlarını ifadə edən verilişlərə diqqəti artırdığından ümid edirəm bu məsələni də gündəmdə saxlayacaqlar.

Bilmirəm İTV-də indi qərar qəbul edənlər bilirmi. 2004-cü ildə İTV haqqında qanunla bağlı da bu cür ictimai müqavimət vardı və o zaman Prezident hətta üç  oxunuşdan keçən qanuna veto qoymuşdu. 

Paralel.az

0.012679100036621