ABŞ-da tornadolar 100-ə yaxın insanın həyatına son qoydu

ABŞ-da tornadolar 100-ə yaxın insanın həyatına son qoydu
 

Paralel.az xəbər verir ki, ABŞ-da baş verən silsilə dağıdıcı tornadolar nəticəsində, ilkin məlumatlara görə, 100-ə yaxın insan həlak olub.

Səlahiyyətlilər ölənlərin sayının əhəmiyyətli dərəcədə arta biləcəyini bildirir. Kentukki, Tennessi, İllinoys, Missuri və Arkanzas ştatları ən çox zərər gördü.

ABŞ-ın altı ştatında 53 tornado qeydə alınıb.

Tornadolar dekabrın 10-da axşam saatlarında başlayıb. Kentukki ştatında rəsmi məlumatlara görə, azı 70 nəfər ölüb. .Ştat qubernatoru Endi Beşir ölənlərin sayının daha çox, təxminən 100 nəfər ola biləcəyini etiraf etdi.

Kentukki ştatının qərbindəki Meyfild şəhərində ən ağır fəsadlar qeydə alınıb: tornado səbəbindən orada şam fabrikinin damı uçub. .içəridə 110 nəfər olub - qubernatorun sözlərinə görə, onlardan 40-ı sağ-salamat tapılıb, qalanlarının vəziyyəti hələlik məlum deyil. Beşir 12 əyalətdə dörd tornado ilə nəticələnən kataklizmi ştat tarixində ən dağıdıcı adlandırıb.

Arkanzas ştatında qocalar evinin sakini də daxil olmaqla iki nəfər ölüb. İllinoys ştatında Amazon anbarının çökməsi nəticəsində azı 6 nəfər ölüb. Missuri ştatında tornado daha bir nəfərin ölümünə səbəb olub.

ABŞ prezidenti Co Bayden ABŞ-da onlarla insanın həyatına son qoyan qasırğaları tarixin ən pis hadisələrindən biri adlandırıb.
A. Nəsirli

0.027516841888428