Erməni zabitlərin "çadır möhtəkirliyi"
Paralel.az-ın məlumatına görə, Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin bir qrup zabitinin korrupsiya əməllərini üzə çıxarıb.
Beləliklə məlum olub ki, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin bir qrup yüksək zabiti 6.726 milyon dram (13.6 min dollar) dəyərində olan hərbi hissənin balansındakı 6 hərbi çadırı müharibə vaxtı məhv olmuş kimi siyahıdan siliblər, sonra isə həmin çadırları Müdafiə Nazirliyinə yeni kimi satıblar. Zabitlər həbs olunub.
A. Nəsirli