Erməni mətbuatı: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarı Vladimir Putindir”

Erməni mətbuatı: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarı Vladimir Putindir”
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı yenə də prezident Putindən tənqidi məqalə yayımlayıb: “Ermənistanın iyirmi ildən çoxdur ki, üzləşdiyi problemlərin mahiyyətini anlamaq üçün onun kökünə nəzər salmaq lazımdır.
Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret ad-soyadı, vəzifəsi var. Bu, Rusiya prezidenti Vladimir Putindir.
Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi. İqtisadiyyatın bütün daxili sahələrini ələ keçirmək üçün Robert Köçəryanın vasitəsilə həyata keçirilən proqram Putinin planının bir hissəsidir.
 Putin Serj Sarkisyanın demokratik Avropaya yaxınlaşmaq cəhdlərinin qarşısını aldı. O, Sarkisyanı Ermənistanın Gömrük və Avrasiya İttifaqına daxil olmasına razılıq verməyə məcbur etdi”.
Nigar

0.027374029159546