Xəbərin doğru variantı...

Xəbərin doğru variantı...
 

 

 

Ərəstun Oruclu yazır:

"Filan sayt filan sayta istinadən xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.

Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib."

Bu "xəbərə" diqqət yetirin, zəhmət olmazsa və görün bizim düşüncələrimizi necə manipulyasiya etməyə çalışırlar. Bunu ortaya atanlar iddia edirlər ki:

 1. General Hikmət Mirzəyevin evindən oğurluq olub - təhdid.

2. Generala külli-miqdarda maddi ziyan dəyib - böhtan, yəni general varlıdır və deməli o birisi bir çox oğru, rüşvətxor, cinayətkar, qatil generalların tayıdır. 

3. Məlumata görə, ev H. Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib - ikinci bənddəki qarayaxmanın gücləndirilməsi, yəni, generalın hələ bir neçə mənzili varmış və hamısı da mühafizə olunur.  

Deyəndə ki, bu ölkədə xalqın bütün ləyaqətli nümayəndələrini ləkələməyə çalışan və əksər hallarda da buna uğurla nail olan düşmənlər ordusu at oynadır, inanmırsınız.

Paralel.az

0.011970043182373